Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Ata vəsiyyəti və İnamlı Zəfər" mövzusunda tədbir keçirilmişdir
06 noyabr 2023-cü il tarixdə Qəbələ Rayon İcra Hakimiyyətinin və Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin təşkilatçılğı ilə “Ata vəsiyyəti və İnamlı Zəfər" mövzusunda tədbir keçirilmişdir. İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmiş, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçərək şəhadətə ucalmış şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir. Çıxış edən mərkəzin direktoru Qalib Nəbiyev Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində böyük Zəfərin əldə olunmasında misilsiz xidmətlər göstərdiyini, xalqımızın qəhrəmanlığının heç zaman unudulmayacağını vurğulamış, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu dövlət siyasətinin hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirildiyini diqqətə çatdırmışdır. Sonda mərkəzin tələbələri tərəfindən rəsm sərgisi keçirilmiş, şeir kompozisiyaları səsləndirilmiş və “Zəfər Günü”nə həsr olunmuş video-çarxlar nümayiş olunmuşdur.