Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Heydər Əliyevlə Böyüyən Gənclər” adlı anım tədbiri keçirilib
12 dekabr 2025 | 14:07
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başlamış və şəhidlərin, eləcə də Ulu Öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Tədbirdə çıxış edənlər Heydər Əliyevin dövlətçilik irsi bu gün də Azərbaycan cəmiyyətinə yol göstərən əsas dəyərlərdən olduğunu vurğulamış, Ulu Öndərin siyasi uzaqgörənliyi, güclü idarəçilik bacarığı və gənclərə verdiyi önəm ölkəmizin sabitliyində və inkişafında mühüm rol oynadığını diqqətə çatdırmışdır. Daha sonra tədbirdə Ulu Öndərə həsr olunmuş şeirlər səsləndirmiş, həyat və fəaliyyətini əks etdirən videoçarx nümayiş olunmuşdur.













