Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “İnvestisiya Səyahəti” layihəsi çərçivəsində tədbir keçirilmişdir
Mərkəzin direktoru Qalib Nəbiyev iştirakçıları salamlayaraq, tədbirin proqramı haqqında geniş məlumat vermiş, Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin uğurlu fəaliyyəti, bu ildən etibarən təhsilini başa vuran məzunların “Gənclərin Biznes Emalatxanası” layihəsinə cəlb edilərək, təlimlərə qoşulduğu, təlimləri uğurla yekunlaşdıran, layihənin kriteriyalarına uyğun olan məzunlara aktivlərin verilməsi, tələbələrin gələcək karyeralarını uğurla gerçəkləşdirmələri istiqamətində bir çox layihələrin həyata keçirildiyini diqqətə çatdırmışdır. Tədbirdə çıxış edənlər “İnvestisiya Səyahəti” layihəsinin əhəmiyyəti, Mütəşəkkil Kapital Bazarı və yaratdığı imkanlar, Sahibkarlıq subyektlərinin alternativ maliyyə cəlbi imkanları, Qiymətli kağız buraxılışında anderraytinq xidməti, Kapital Bazarında investor olmağın üstünlükləri və s. haqqında ətraflı məlumat vermişlər. Daha sonra iştirakçıların sualları üzrə müzakirələr aparılmış və İnvesitisiya şirkətləri tərəfindən maliyyələşməyə marağı olan biznes subyektlərinin təsərrüfatlarına baxış keçirilmişdir.