Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Məzun Günü” keçirilib
28 iyun 2024-cü il tarixdə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Məzun Günü” keçirilmişdir. Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında Peşə Təhsili Agentliyinin, rayon icra hakimiyyətinin, təhsil sektorunun, Gabala Hospitality Groupun nümayəndələrinin, bu il mərkəzi bitirən məzunların iştirak etdiyi tədbirdə öncə dövlət himni səsləndirilmiş, şəhidlərimiz bir dəqiqəlik sükutla yad edilmişdir. Tədbiri giriş sözü ilə açan mərkəzin direktoru Qalib Nəbiyev Ulu Öndər Heydər Əliyev tərəfindən təməli qoyulan, bu gün isə ölkə rəhbəri cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilən peşə təhsilinə göstərilən dövlət qayğısından danışmış, məzunları bu əlamətdar gün münasibətilə təbrik etmişdir. Tədbirdə çıxış edənlər məzunları təbrik edərək, onlara gələcək həyat və fəaliyyətlərində uğurlar arzulamışlar. Təhsilverənlərin sertifikatlaşdırma prosesində Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin sertifikasiyada yüksək nəticə göstərmiş müəllimlərinə Mərkəz tərəfindən Fəxri Fərmanlar, tədrisdə və mərkəzin ictimai həyatında fərqlənən bir qrup tələbəyə isə sertifikatlar təqdim edilmişdir. Tədbir tələbələrin musiqili çıxışları ilə davam etdirilmişdir.