Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Məzun Günü” keçirilmişdir

30 iyun 2022 | 17:09

Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında Peşə Təhsili Agentliyinin, rayon icra hakimiyyətinin, təhsil sektorunun, KOBİA-nın nümayəndələrinin, bu il eləcə də əvvəlki illərdə mərkəzi bitirən məzunların iştirak etdiyi tədbirdə öncə dövlət himni səsləndirilmiş, şəhidlərimiz bir dəqiqəlik sükutla yad edilmişdir. Tədbirdə çıxış edən RİH başçısının müavini Ətayə Osmanova ulu öndər Heydər Əliyev tərəfindən təməli qoyulan, bu gün isə ölkə rəhbəri cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilən peşə təhsilinə göstərilən dövlət qayğısından danışmış, məzunları bu əlamətdar gün münasibətilə təbrik etmişdir. Həmçinin mərkəzin direktoru Qalib Nəbiyev və digər qonaqlar çıxış edərək mərkəzin uğurlarından danışmış, məzunları təbrik edərək, onlara gələcək həyat və fəaliyyətlərində uğurlar arzulamışlar. Tədbir tələbələrin musiqili çıxışları ilə davam etdirilmiş, tədrisdə və Peşə Təhsil mərkəzinin ictimai həyatında fərqlənən bir qrup tələbəyə fəxri fərmanlar təqdim edilmişdir.

Keçidlər