Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Milli Qurtuluş Günü” ilə bağlı tədbirlər keçirilmişdir
14 iyun 2022 | 19:40
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Milli Qurtuluş Günü” ilə bağlı keçirilən silsilə tədbirlərdə mərkəzin müəllim və tələbə kollektivləri iştirak etmişlər. Çıxış edənlər Ümummilli Liderin müdrikliyi və qətiyyəti sayəsində Azərbaycanda vətəndaş qarşıdurmasına birdəfəlik son qoyulduğunu, ölkəmizin xaosdan, siyasi çəkişmələrdən, sosial-iqtisadi böhrandan xilas olduğunu, Azərbaycanın müstəqil, demokratik, hüquqi və dünyəvi dövlət kimi inkişaf etməyə başladığını qeyd etmişlər. Tədbirlərdə “Milli Qurtuluş Günü” ilə əlaqədar videoçarx izlənilmiş, Heydər Əliyev Mərkəzi ziyarət edilmiş, bu əlamətdar günə həsr edilmiş mühazirələr dinlənilmişdir.