Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Novruz Bayramı" münasibətilə tədbir keçirilib
18 mart 2024-cü il tarixdə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində Novruz bayramı ilə əlaqədar tədbir keçirilib. Tədbirdə çıxış edən mərkəzin direktoru Qalib Nəbiyev bolluğun, bərəkətin və xeyirxahlığın təcəssümü olan Novruz bayramı münasibətilə tədbir iştirakçılarını təbrik edərək bayramın tarixi, ənənələri və mahiyyəti haqqında danışmış, bu bayramın, həmçinin sülhün, dostluğun, mehriban birgəyaşayışın carçısı olduğunu qeyd etmişdir. Tədbirdə təhsil mərkəzinin “Aşpaz”, “Qənnadçı, şirniyyatçı”, “Xalçaçı”, “Dərzi” ixtisasları üzrə təhsil alan tələbələrin hazırladığı məhsullardan ibarət sərgiyə baxış keçirilmiş, Vəndam qəsəbə 1 saylı, Zarağan kənd 1 saylı tam orta məktəblərin Peşə Təmayüllü siniflərinin şagirdlərinin hazırladıqları məhsullar və əl işləri nümayiş etdirilmiş, Novruza aid mahnılar səsləndirilmişdir.