Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24) 204-01-02: 204-19-55

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Peşə təhsilinin şəhid məzunları” adlı tarixi-bioqrafik kitabın təqdimatı keçirilib.

25 aprel 2025 | 14:22

24 aprel 2025-ci il tarixdə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin təşkilatçılığı ilə peşə təhsili almış I və II Qarabağ müharibəsində torpaqlarımızın azad olunması uğrunda qəhramancasına Şəhidlik zirvəsinı yüksələn qəhraman oğullarımızın xatirəsinə həsr olunmuş "Peşə təhsilinin şəhid məzunları" adlı tarixi-bioqrafik kitabın təqdimatı keçirilmişdir. Tədbirdə öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmiş, Ulu Öndər Heydər Əliyevin və bütün şəhidlərin əziz və unudulmaz xatirələri bir dəqiqəlik sükutla yad edilmişdir. Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Qalib Nəbiyev çıxış edərək "Peşə təhsilinin şəhid məzunları" adlı tarixi-bioqrafik kitabının respublikanın peşə təhsili müəssisələrindən məzun olan və torpaqlarımızın erməni təcavüzündən azad olunması üçün canlarından keçərək Şəhidlik zirvəsinə ucalan şəhidlərimizin həyat və fəaliyyətindən bəhs etdiyini vurğulayaraq, bu kitabın Zəfər tariximizə böyük bir töhvə olduğunu qeyd etmişdir. Digər çıxış edənlər kitabın ərsəyə gəlməsində əməyi olan bütün qurumlara təşəkkür edərək, şəhid oğullarının Vətən qarşısındakı xidmətlərindən qürur duyduqlarını söyləmişlər. Sonda Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin müəllimlərinin ifasında Vətənimizə, şəhidlərimizə həsr olunmuş şeir nümunələri səslənmiş, I və II Qarabağ müharibəsi dönəmlərinə həsr olunmuş videoçarx nümayiş olunmuş və təqdimatı keçirilən kitab şəhid ailələrinə və yaxınlarına təqdim edilmişdir.

Keçidlər