Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində qısamüddətli təlimləri bitirən müdavimlərlə görüş keçirilib
22 avqust 2025-ci il tarixində Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində təşkil edilən qısamüddətli təlimləri uğurla başa vuran müdavimlərlə görüş keçirilib. Peşə Təhsili üzrə Dövlət Agentliyinin, RİH-nin, təhsil sektorunun və aidiyyəti dövlət qurumlarının nümayəndələrinin iştirak etdiyi tədbirdə arıçı, rəqəmsal media və marketinq mütəxəssisi ixtisasları üzrə təlimləri müvəffəqiyyətlə tamamlayan 23 nəfərə dövlət nümunəli sertifikat təqdim olunub. Müdavimlər əsasən Şuşa, Laçın, Kəlbəcər və Ağdam rayonlarının sakinləridir. Ölkədə dual təhsil sisteminin ilk tətbiq olunduğu Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində keçirilən tədbir çərçivəsində “Açıq Qapı” günü də təşkil olunub.













