Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində "Ümummilli lider, Ulu Öndər Heydər Əliyevin anım günü" tədbiri keçirilmişdir
11 dekabr 2024-ci il tarixində Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım tədbiri keçirilmişdir. Tədbir Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanılmışdır. Çıxış edən tədbir iştirakçıları dahi şəxsiyyət Heydər Əliyevin çoxşaxəli fəaliyyətindən, Azərbaycanın inkişafı və milli dövlətçiliyin gücləndirilməsi istiqamətində misilsiz tarixi xidmətlərindən, böyük xilaskarlıq missiyasından danışmış, ümummilli liderin elm, təhsil, mədəniyyət sahələrinin inkişafına göstərdiyi əvəzolunmaz rolundan bəhs etmiş və bu siyasətin bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla və əzmlə davam etdirildiyini diqqətə çatdırmışlar. Sonda Mərkəzin tələbələri tərəfindən şeirlər səslənmiş, video-çarxlar izlənilmişdir.Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar anım tədbiri və xüsusi dərslər keçirilib.