Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində Xocalı Soyqırımının 32-ci ildönümünə həsr olunmuş tədbir keçirili
26 fevral 2024-cü il tarixdə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində Xocalı Soyqırımının 32-ci ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbirdə ilk olaraq Azərbaycanın Dövlət Himni səslənmiş, Xocalı faciəsində şəhid olmuş soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Tədbirdə çıxış edənlər Xocalı faciəsinin mənfur düşmənlərimiz tərəfindən xalqımıza qarşı törədilmiş kütləvi soyqırım hadisəsi, həmçinin, bütün bəşəriyyətə qarşı törədilmiş qanlı cinayət hadisəsi olduğunu vurğulayaraq, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzun canı, qanı bahasına torpaqlarımızı işğaldan azad etdiyini, Vətən yolunda şəhid olmuş igidlərimizin xatirəsinin xalqımız tərəfindən heç bir vaxt unudulmayacağını bildirmişlər. Mərkəzdə Xocalı Soyqırımının 32-ci ildönümünə həsr olunmuş “Xüsusi dərslər” keçirilmiş, bir qrup tələbələr Şəhidlər xiyabanını ziyarət edərək şəhidlərin məzarları üzərinə güllər düzmüşlər.