Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Zəfər günü”-nə həsr olunmuş tədbir keçirilmişdir
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində 8 Noyabr Zəfər Günü ilə əlaqədar tədbir keçirilmişdir. Azərbaycan Respublikasının dövlət himninin səslənməsi ilə başlayan tədbirdə bugünkü zəfər sevincini bizə yaşadan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Tədbiri giriş sözü ilə açan təhsil mərkəzinin tədris istehsalat işləri üzrə direktor müavini Camal Rəsulov Müzəffər Ordumuzun zəfər çalaraq dünyaya Azərbaycan xalqının gücünü, qüdrətini göstərdiyini qeyd etmişdir. Tədbirdə Mərkəzdə çalışan II Qarabağ müharibəsi qazisi və veteranları 44 günlük Vətən müharibəsi zamanı öz canından keçmiş şəhidlərimiz haqqında xatirələrini danışmış şəhidlərə allahdan rəhmət, qazilərimizə şəfa diləmişlər. Sonda Təhsil Mərkəzinin nəzdində fəaliyyət göstərən “Günərzi Qayğı Mərkəzi”nin uşaqlarının çıxışları, tələbələrin ifasında “Zəfər günü”nə həsr olunmuş şeirlər səsləndirilmiş, Vətən müharibəsini əks etdirən video-çarxlar nümayiş etdirilmişdir.