Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin 30 nəfər Ukraynalı uşaq və gənc qonağı olmuşlar

09 dekabr 2022 | 16:37

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyindəki Dövlət Tibbi-sosial Ekspertiza və Reabilitasiya Agentliyinin təşkilatçılığı ilə Ölkəmizə gəlmiş və Qəbələ Uşaq Reabilitasiya Mərkəzinə yerləşdirilən 30 nəfər Ukraynalı uşaq və gənc Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin qonağı olmuşlar. Qonaqlar Mərkəzin emalatxanaları, dəzgahları, sinif otaqları və ümumi ərazisi ilə tanış olaraq, tələbələrin əl işlərindən ibarət sərgiyə baxış keçirmişlər. Daha sonra çay süfrəsi arxasında səmimi söhbət aparılmış və Mərkəzin tələbələrinin əl işlərindən ibarət hədiyyələr qonaqlara təqdim edilmişdir.

Keçidlər