Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin məzunlarına diplomlar tədqim edilmişdir
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində 2021-2022-ci tədris ilində təhsilini başa vuran məzunlara diplomların tədqim edilməsinə həsr olunmuş tədbir keçirilmişdir. Tədbiri mərkəzin direktoru Qalib Nəbiyev açaraq tədbir iştirakçılarını salamlamış, mərkəzin uğurlarından, yeni əməkdaşlıq və layihələr barədə məlumat vermiş, məzunları tədris ilini uğurla başa vurmaqları münasibətilə təbrik etmişdir. Tədbirdə çıxış edənlər mərkəzdə tədrisin gedişatından, görülmüş işlərdən danışmış, tədris ilinin yekununa dair məlumatlar vermiş, bu il 21 ixtisas üzrə 291 tələbənin məzun olduğunu qeyd etmişlər. Sonda tədrisdə və mərkəzin ictimai həyatında fərqlənən bir qrup məzun fəxri fərmanlarla təltif edilmiş və məzunlar pedaqoji heyətlə birgə xatirə şəkli çəkdirmişlər.