Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin məzunlarına diplomların təqdim edilməsi tədbiri keçirilib

31 iyul 2023 | 10:38

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində məzunlara diplomların təqdimatı və tərəfdaşlara təşəkkürnamələrin təqdim edilməsi ilə bağlı tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan mərkəzin direktoru Qalib Nəbiyev tədbir iştirakçılarını salamlayaraq, təhsil müəssisəsinin uğurlarından, yeni əməkdaşlıq və layihələr barədə məlumat vermiş, məzunları tədris ilini uğurla başa vurmaları və diplom almaları münasibətilə təbrik etmişdir. YAP Qəbələ Rayon Təşkilatının, rayon təhsil sektorunun, Qəbələ "ASAN xidmət" mərkəzinin, “Qəbələ Konserv Zavodu” MMC-nin, Qəbələ Garden Hotel,  "Gilan - Qəbələ Aqrotexservis "ASC, Qəbələ City Hotel, Qəbələ Dövlət Tarix - Bədii Qoruğu, “Şimal-Qərb RETSİ”-nin Qəbələ Elektrik Şəbəkəsi, İkinci Nəfəs Psixologiya Mərkəzi, Gilan Qəbələyeyinti Məhsulları İstehsalı ASC-nin nümayəndələri və valideynlərin iştirak etdiyi tədbirdə mərkəzi bitirən məzunlara diplomlar və təhsil mərkəzinin inkişafına, peşə təhsili sahəsinə verdiyi dəstəyə görə əməkdaşlıq edilən işəgötürən təşkilatlara təşəkkürnamələr təqdim edilmişdir.

Keçidlər