Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin tələbələri Qəbələ Aqroparkına ekskursiya ediblər.
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi ilə “Agro Dairy” MMC arasında imzalanmış əməkdaşlıq memorandumu çərçivəsində peşə təhsili ilə real istehsalat mühitini birləşdirən, tələbələrin peşəkar inkişafına və gələcək karyeralarına dəstək olmaq məqsədilə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin aqrar sahələr üzrə təhsil alan tələbələri “Agro Dairy” MMC-nin tərkibində fəaliyyət göstərən Qəbələ Aqroparkına ekskursiya etmişlər. Ekskursiya zamanı tələbələr aqroparkın texniki park, nəzarət və sağım, toxum təmizləmə, doğum və reabilitasiya bölmələri, eləcə də yem anbarları ilə tanış olmuş, kənd təsərrüfatında tətbiq olunan müasir texnologiyalar və istehsal prosesləri haqqında ətraflı məlumat əldə etmişlər. Səfərin əsas məqsədi tələbələrin nəzəri biliklərini praktiki təcrübə ilə möhkəmləndirmək, müasir aqrar istehsal proseslərini yaxından öyrənmək və gələcək peşə fəaliyyətləri üçün zəruri bilik və bacarıqlarını inkişaf etdirməkdir. Sonda proqram çərçivəsində keçirilən “Elevator Pitch” müsabiqəsində özünəinamı, cəsarəti və fikirlərini auditoriya qarşısında ifadə etmək bacarığı ilə fərqlənən 10 tələbəyə sertifikat və hədiyyələr təqdim olunub.













