Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin tələbələri üçün “Sahibkarlıq və turizm” mövzusunda panel müzakirəsi keçirilib
23 may 2025 | 14:57
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin tələbələri üçün “CareerLAB” layihəsi çərçivəsində “Sahibkarlıq və turizm” mövzusunda panel müzakirəsi keçirilib. Layihənin məqsədi gənclərin təhsil aldıqları ixtisaslar barədə məlumatlılığını artırmaq, onların karyera planlamasına dəstək vermək və şəbəkələşmələrinə şərait yaratmaqdır. Tədbirdə çıxış edənlər “Sahibkara dəstək mexanizmləri”, “Şəxsi təsərrüfatdan biznesə", “Müasir dövrdə kənd turizmi” və “Turizmdə peşə təhsilinin rolu” mövzuları ətrafında önəmli fikirlər səsləndirmişlər. Sonda gənclərin sualları cavablandırılmışdır.