Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin təşkilatçılığı ilə Karyera və Əmək Yarmarkası keçirilib
01 dekabr 2025 | 14:06
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin təşkilatçılığı, region sahibkarlarının iştirakı ilə Karyera və Əmək Yarmarkası keçirilib. Yarmarkada ümumilikdə 12 müəssisə tərəfindən turizm, aqrar, iaşə, sənaye və digər iqtisadi sahələr üzrə 200-dən çox vakansiya təqdim edilib. Həmçinin tədbirdə “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” çərçivəsində Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində keçirilmiş qısamüddətli kursları uğurla bitirmiş növbəti müdavimlərə sertifikatlar təqdim olunub.













