Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələ Dövlət Tarix-Bədii Qoruğuna infotur təşkil edilib

18 may 2022 | 11:15

Mayın 17-də Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin dəstəyi, Qəbələ Dövlət Tarix-Bədii Qoruğu və SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının birgə təşkilatçılığı ilə qoruq ərazisinə turizim şirkətlərinin nümayəndələri üçün infotur təşkil olunub. İnfoturda qonaqlar Qəbələ Arxeoloji Mərkəzin sərgi salonlarına baxmış, qoruğun Səlbir və Qala ərazilərinə səfər edərək, arxeoloji qazıntılar aparılan sahələrlə tanış olmuşlar. Həmçinin 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında Azərbaycan Prezidentinin imzaladığı Sərəncamın icrası ilə əlaqədar Qəbələ Arxeoloji Mərkəzində təşkil olunan Şuşa şəhərinin işğaldan əvvəlki dövrünə aid tarixi-mədəni abidələri əks etdirən nadir fotoşəkillərdən ibarət sərgiyə baxış keçirilib və “Qafqaz Albaniyasının paytaxtı Qəbələ” filmini izləyiblər. “Zopu-zopu” etnoqrafik folklor rəqs ansamblının, “Gülüstan” və “Gülbuta” folklor qruplarının çıxışları infotur iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.

 

 

Keçidlər