Qəbələ Dövlət Tarix-Bədii Qoruğuna yerli və xarici turistlər səfər edirlər
30 avqust 2022 | 17:40
Qəbələyə gələn yerli və xarici turistlər rayonun digər görməli yerləri ilə yanaşı Çuxur Qəbələ kəndi ərazisində yerləşən Dövlət Tarix-Bədii Qoruğuna da səfər etməyə maraq göstərirlər. Qoruğun qapıları ilin bütün fəsillərində, istirahət və bayram günlərində ziyarətçilərin üzünə açıqdır. Turistlər burada Qoruğun tarixi məkanları Səlbir və Qala ərazilərində aparılmış arxeoloji qazıntı sahələri, eləcə də Qəbələ Arxeoloji Mərkəzində sərgilənən arxeoloji materiallarla tanış olurlar Onlara arxeoloji qazıntılar, aşkar olunan tarixi əhəmiyyətli tapıntılar barədə ətraflı məlumatlar verilir.