Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələ Dövlət Tarix-Bədii Qoruğunda 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd olunmuşdur

01 iyun 2022 | 16:12

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti, Qəbələ Dövlət Tarix-Bədii Qoruğu və Qəbələ Arxeoloji Mərkəzin birgə təşkilatçılığı ilə 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbir təşkil edilmişdir. Öncə azyaşlı uşaqlar Qəbələ Arxeoloji Mərkəzin sərgi salonları və qoruq əməkdaşlarının fəaliyyətinin gedişi ilə tanış edilmişlər. “Qafqaz Albaniyasının paytaxtı-Qəbələ” filminin nümayişi uşaqlar tərəfindən böyük maraqla qarşılanmışdır. Daha sonra Arxeoloji Mərkəzin həyətində uşaqlar üçün əyləncəli oyunlar təşkil edilmiş və xatirə fotoları çəkilmişdir.

Keçidlər