Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələ Dövlət Tarix-Bədii Qoruğunda 18 aprel Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunmuşdur

18 aprel 2023 | 17:33

18 aprel Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə Qəbələ Dövlət Tarix-Bədii Qoruğu və Qəbələ Arxeoloji Mərkəzin birgə təşkilatçılığı ilə qoruq ərazisində tədbir keçirilmişdir.  Tədbiri giriş sözü ilə açan Qəbələ Dövlət Tarix-Bədii Qoruğun direktoru Zahir Kərimov Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününün təsis olunması haqqında məlumat vermiş, Qəbələ Dövlət Tarix-Bədii Qoruğunda aparılmış arxeoloji işlər və tədqiqatlar barədə danışmışdır.Qeyd olunmuşdur ki, 2005-ci ildən Qoruq ərazisində SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının təşəbbüsü, təşkilatçılığı və maliyyə dəstəyi ilə AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun arxeoloqları, 2009-cu ildən isə Cənubi Koreyadan olan arxeoloqlar Qoruq ərazisində arxeoloji qazıntılar apararaq birgə fəaliyyət göstərir. Sonra Qəbələ Mədəniyyət Mərkəzində Fəaliyyət göstərən folklor qrupların çıxışları izlənilmiş, Qəbələ abidələrini və təbiətini əks etdirən foto-sərgiyə, Qəbələ Arxeoloji Mərkəzin sərgi salonlarına və  qoruğun arxeoloji ərazilərinə baxış keçirilmişdir.

Keçidlər