Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24) 204-01-02: 204-19-55

Qəbələ Dövlət Tarix-Bədii Qoruğunda “Açıq qapı” günü təşkil olunub

19 aprel 2025 | 11:05

18 Aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə Qəbələ Dövlət Tarix-Bədii Qoruğunda “Açıq qapı” günü təşkil edilib. “Açıq qapı” günündə ziyarətçilər Qoruğun tarixi əraziləri və bu ərazilərdə aparılmış arxeoloji qazıntılar, eləcə də  Qəbələ Arxeoloji Mərkəzin sərgi zalında nümayiş etdirilən arxeoloji tapıntılarla tanış olmuş, onlara Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününün təsis edilməsi (Tarixi Yerlər və Abidələrin Mühafizəsi Şurasının (ICOMOS) təklifi ilə UNESCO tərəfindən 1983-cü ildə təsis olunub)  və əhəmiyyəti barədə ətraflı məlumat verilmişdir. Gün ərzində Qoruğu ziyarət edən yerli və əcnəbi turistlər Qəbələ Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən “Zopu-zopu” etnoqrafik, “Gülüstan” və “Gülbuta” folklor qruplarının nümunəvi çıxışlarını izləmiş, kitab sərgisi ilə tanış olmuşlar.

Keçidlər