Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələ Dövlət Tarix-Bədii Qoruğunda Xocalı faciəsinin 32-ci il dönümü ilə bağlı tədbir keçirilmişdir

24 fevral 2024 | 12:07

Qəbələ Dövlət Tarix-Bədii Qoruğu və Qəbələ Arxeoloji Mərkəzin birgə təşkilatçılığı ilə Xocalı facisəinin 32-ci il dönümünə həsr olunmuş “Xocalı faciəsi – Bəşəriyyətə qarşı yönəlmiş ən qəddar soyqırımdır” mövzusunda tədbir keçirilmişdir. Qəbələ Arxeoloji Mərkəzin akt zalında keçirilən tədbirdə Qəbələ Dövlət Tarix-Bədii Qoruğunun, Qəbələ Arxeoloji Mərkəzinin əməkdaşları, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qəbələ Rayon Şöbəsinin nümayəndələri, Qəbələ rayon Ə.Məmmədov adına Çuxur Qəbələ kənd tam orta məktəbin müəllim və şagird kollektivi və Qəbələ rayon Çuxur Qəbələ kənd mədəniyyət evinin əməkdaşları iştirak etmişlər. Tədbirdə ilk olaraq Xocalı qətliamı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Toplantıda çıxış edənlər Qarabağ müharibəsinin ən dəhşətli hadisəsi olan Xocalı soyqırımı dinc əhalinin heç bir fərq qoyulmadan qətlə yetirilməsi Ermənistanın dövlət səviyyəsində uzun illərdən bəri Azərbaycana qarşı həyata keçirdiyi etnik nifrət, irqi ayrı-seçkilik və zorakılıq siyasətinin tərkib hissəsi olduğunu bildirmişlər, erməni təcavüzkarları tərəfindən törədilən soyqırımının hələ də dünya ictamaiyyəti tərəfindən tanınmamasına, bəşəriyyətə qarşı bu qəddar cinayətə hüquqi-siyasi qiymətin verilməməsinə təəssüfləndiklərini bildirmişlər. Tədbir iştirakçılarından Qəbələ rayon Ə.Məmmədov adına Çuxur Qəbələ kənd tam orta məktəbinin şagirdləri Vətənə, Torpağa, Şəhidlərə, Xocalıya həsr olunmuş şeirlər səsləndirmişlər. Sonda Xocalı faciəsinə həsr olunmuş qısametrajlı film nümayiş olunmuş, toplantı iştirakçıları Qəbələ Arxeoloji Mərkəzin sərgi salonlarında nümayiş olunan arxeoloji tapıntılara baxış keçirmişlər.

Keçidlər