Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24) 204-01-02: 204-19-55

Qəbələ festivalında Azərbaycan Dövlət Kamera Orkestrinin konserti olub

26 iyul 2025 | 14:04

Qəbələ Beynəlxalq Musiqi Festivalı çərçivəsində iyulun 25-də axşam Qəbələ Heydər Əliyev Konqres Mərkəzində musiqisevərlərə Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin konsert proqramı təqdim olunub. Öncə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, Xalq artisti Zəhra Quliyeva çıxış edərək orkestrin fəaliyyəti barədə məlumat verib. Orkestrin bədii rəhbəri və baş dirijoru Xalq artisti Fəxrəddin Kərimovdur. Konsertdə Üzeyir Hacıbəyli, Arif Məlikov, Qara Qarayev, Fikrət Əmirov, Niyazi, Tofiq Quliyev, Müslüm Maqomayev, Musa Mirzəyev, həmçinin G.Puççini, P.İ.Çaykovski, A.Piazzolla, D.Şostakoviç və digər bəstəkarların əsərləri səslənib.

Keçidlər