Qəbələ festivalında gənc ifaçılar öz istedadlarını nümayiş etdiriblər
26 iyul 2025 | 11:48
XIV Qəbələ Musiqi Festivalının proqramına uyğun olaraq, iyulun 25-də Heydər Əliyev Konqres Mərkəzində “Gənclərə dəstək” layihəsi iştirakçılarının konsert proqramı təqdim olunub. Konsertdə respublika və beynəlxalq müsabiqələr laureatları çıxış ediblər. Öncə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, Xalq artisti Zəhra Quliyeva çıxış edərək “Gənclərə dəstək” layihəsi barədə məlumat verib. Bildirilib ki, layihənin məqsədi gənc və istedadlı ifaçıların, bəstəkarların gələcək böyük sənət həyatına vəsiqə verməkdir. Konsertdə Üzeyir Hacıbəyli, J.İber, M.Manqani, H.Venyavski, V.Monti, P.Rivera, Y.Brams, C.Puççini, R.Şuman, V.Motsart, S.Prokofyev və digər bəstəkarların əsərləri səslənib.













