Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələ festivalında Litva Kamera Orkestrinin konserti maraqla qarşılanıb

02 avqust 2023 | 17:07

XIII Qəbələ Beynəlxalq Musiqi Festivalı çərçivəsində musiqisevərlərə, şəhərin qonaqlarına avqustun 1-də axşam açıq havada konsert səhnəsində Litva Kamera Orkestrinin konserti təqdim olunub. Tamaşaçılar Polşadan gəlmiş violin ifaçısı Mariusz Patyranın ifasını böyük maraqla izləyiblər. Polşalı musiqiçi öz virtuoz ifası ilə Qəbələ festivalının proqramına xüsusi ahəng qatıb. Konsertdə V.A.Motsartın, Z.Kodalyın, Y.Sukun, M.Ponse-Y.Heyfetsin, F.Kreyslerin, F.Latenasın, B.Dvarionasın, A.Dvorjak-Y.Heyfetsin, F.Şopen-N.Milsteinin, A.Batsininin, Q.Diniku-Y.Heyfetsin əsərləri səsləndirilib.

 

Keçidlər