Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələ festivalında Sergey Raxmaninovun 150 illiyinə həsr olunmuş kamera konserti təqdim edilib

01 avqust 2023 | 12:24

Uğurla davam edən XIII Qəbələ Beynəlxalq Musiqi Festivalı çərçivəsində iyulun 31-də Heydər Əliyev Konqres Mərkəzində musiqisevərlərə dahi rus bəstəkarı Sergey Raxmaninovun 150 illik yubileyinə həsr olunmuş konsert proqramı təqdim edilib. Konsertdən əvvəl çıxış edən Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, Xalq artisti Zəhra Quliyeva Sergey Raxmaninovun həyat və yaradıcılığı barədə məlumat verərək, diqqətə çatdırıb ki, bəstəkar, pianoçu, dirijor Sergey Raxmaninov rus klassik musiqisinin ən görkəmli nümayəndələrindən biridir. Konsertdə Mixail Lidski (Rusiya, piano), Henri-David Varema (Estoniya, violonçel), və respublikaının xalq artisti, pianoçu Murad Adıgözəlzadənin ifasında dahi bəstəkarın əsərləri səsləndirilib.

 

Keçidlər