Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələ gəncləri hərbi xidmətə yola düşdülər

05 iyul 2024 | 13:46

5 iyul 2024-cü il tartixdə Qəbələli gənclərin hərbi xidmətə yola salınması münasibətilə tədbir keçirilib. Tədbirdə Qəbələ RİH-nin, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, çağırışçıların valideynləri və ictimaiyyət nümayəndələri iştirak edib. Tədbir iştirakçıları və çağırışçı gənclər əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət etmiş, önünə gül dəstələri düzmüşlər. Heydər Əliyev parkında davam edən tədbirdə çıxış edən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qəbələ rayon şöbəsinin rəisi polkovnik-leytenant Lətif Heydərov ölkəmizdə ordu quruculuğu sahəsində qazanılan uğurlardan, 44 günlük müharibədə Azərbaycan oğullarının igidliklərindən bəhs etmişdir. Çıxış edən Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev Azərbaycanda Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan ordu quruculuğunun bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən böyük məharətlə davam etdirilməsi nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin regionun ən güclü və qüdrətli ordusuna çevrildiyini diqqətə çatdırmış, gənclərə bu şərəfli missiyanın yerinə yetirilməsində uğurlar arzulamışdır. Tədbirdə valideynlər adından Xanalıyev Babək, çağırışçılar adından Dağlar Məsimov çıxış etmişdir. Tədbir gənclərin rəqsləri və musiqi ilə davam etmişdir. Sonda çağırışçı gənclər Azərbaycan bayrağı qarşısında baş əyərək böyük ruh yüksəkliyi ilə hərbi xidmətə yollanmışlar.

Keçidlər