Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24) 204-01-02: 204-19-55

“Qəbələ - İdman Paytaxtı 2025” layihəsi çərçivəsində 5 mart Bədən Tərbiyəsi və İdman Günü ilə əlaqədar təntənəli idman tədbiri keçirilib

06 mart 2025 | 10:20

Qəbələdə 5 mart 2025-ci il tarixdə “Qəbələ - İdman Paytaxtı 2025” layihəsi çərçivəsində Bədən Tərbiyəsi və İdman Günü ilə əlaqədar təntənəli idman tədbiri keçirilib. Öncə tədbir iştirakçıları tərəfindən Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət edilmiş, önünə gül dəstələri düzülmüş və Qəbələ Mədəniyyət Mərkəzində Ümummilli Lider Heydər Əliyevin Azərbaycan idman ictimaiyyəti ilə tarixi görüşünün 30-cu ildönümü ilə əlaqədar hazırlanmış "Dönüş Anı" adlı sənədli film nümayiş etdirilimişdir. Daha sonra Gənclər və İdman Nazirliyinin, idman federasiyalarının nümayəndələrinin, Olimpiya və Paralimpiya çempionlarının və mükafatçılarının, idman səfirlərinin, könüllülərin, Milli Antidopinq Agentliyinin rəsmi şəxslərinin, Azərbaycan İdman Akademiyasının tələbələrinin və rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə idman yürüşü keçirilmişdir. Tədbirin rəsmi hissəsi Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlamışdır. Tədbirdə çıxış edən Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev  Ümummilli Lider Heydər Əliyev tərəfindən başlanılan gənclər strategiyasının bu gün ölkə Prezidenti İlham Əliyev tərəfindən çox böyük uğurla davam etdirildiyini, Qəbələnin bu gün beynəlxalq miqyaslı tədbirlərə - dövlət başçılarının iştirakı ilə keçirilən zirvə toplantılarına, görüşlərə, sammit və forumlara, beynəlxalq idman yarışlarına ev sahibliyi etdiyini diqqətə çatdıraraq, belə möhtəşəm bir layihədə Qəbələnin yer aldığına görə əlaqədar təşkilatlara təşəkkürünü bildirmiş və layihənin həyata keçirilməsində rayonumuza uğurlar arzulamışdır. Çıxış edən gənclər və idman naziri Fərid Qayıbov Azərbaycan Respublikasında Gənclər siyasətinin, gənclərə, idmana qayğının həmişə dövlətin diqqət mərkəzində saxlanıldığını qeyd edərək rayon sakinlərini, xüsusilə də idmançıları Qəbələnin İdman Paytaxtı seçilməsi münasibətilə bir daha səmimi qəlbdən təbrik etmişdir. Sonda konsert programında səslənən bir-birindən maraqlı musiqillər iştirakçılar tərəfindən böyük coşqu ilə qarşılanmışdır.

Keçidlər