“Qəbələ-İdman Paytaxtı 2025” layihəsi çərçivəsində tədbir keçirilib
19 aprel 2025 | 10:59
18 aprel 2025-ci il tarixdə Qəbələ rayon Heydər Əliyev Mərkəzinin təşəbbüsü, Uşaq-Gənclər İdman-Şahmat Məktəbi, Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Qəbələ – İdman Paytaxtı 2025” layihəsi çərçivəsində tədbir keçirilib. Tədbirdə çıxış edənlər “Qəbələ – İdman Paytaxtı 2025” layihəsinin region üçün mühüm əhəmiyyət daşıdığını vurğulayaraq, bu təşəbbüsün həm idmanın inkişafına, həm də gənclərin və cəmiyyətin sağlam həyat tərzinə keçidinə ciddi töhfə verəcəyini qeyd etmişlər. Gənc zəka sahiblərinin iştirakı ilə keçirilən nümayiş xarakterli oyunlar iştirakçılar tərəfindən maraqla izlənilib.