Qəbələ Mədəniyyət Mərkəzində "44 günlük Zəfər tarixi" adlı rəsm sərgisi keçirilib
Qəbələ Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə 27 sentyabr – “Anım Günü”nə həsr olunmuş "44 günlük Zəfər tarixi" adlı rəsm sərgisi keçirilib. Qəbələ Mədəniyyət Mərkəzində keçirilən tədbir torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Tədbirdə çıxış edənlər Vətən müharibəsində qazanılan möhtəşəm Qələbənin Müzəffər Ali Baş Komandan ilham Əliyevin əzmkarlığının, xalqımızın birliyinin, həmrəyliyinin, rəşadətli Azərbaycan Ordusunun əsgər və zabitlərinin misilsiz qəhrəmanlıqlarının qələbəsi olduğunu iftixar hissi ilə vurğulamış və qəhrəman şəhidlərimizin keçdiyi şərəfli döyüş yollarından, göstərdikləri şücaətlərdən bəhs etmişlər. Sonda Qəbələ şəhər 4 saylı məktəbin şagirdlərinin ifasında ədəbi bədii kompozisiyalar səsləndirilmiş və Qəbələ Dövlət Rəsm Qalareyasının vətənpərvərlik mövzusunda təşkil etdiyi sərgiyə baxış keçirilmişdir.