Qəbələ Mediasiya Təşkilatının təşəbbüsü ilə “Konstitusiya və suverenlik ili”nə həsr olunmuş tədbir keçirilib
10 iyul 2025 | 16:05
10 iyul 2025-ci il tarixdə Qəbələ rayon Mərkəzi Xəstəxanasında Qəbələ Mediasiya Təşkilatının təşəbbüsü ilə “Konstitusiya və suverenlik ili”nə həsr olunmuş tədbir keçirilib. Qəbələ Rayon Mərkəzi Xəstəxanasının bir qrup işçi heyətinin iştirak etdiyi tədbiri müəssisə rəhbəri Ceyhun Əhmədov açaraq iştirakçıları salamlamış və konstitusiyamızın qəbulu və suverenliyimizin bərpası haqqında ətraflı məlumat vermişdir. Qəbələ Mediasiya təşkilatının rəhbəri, mediator Ədalət Əliyev isə Mediasiya haqqında Azərbaycan Respublikasının qanununun icrasından irəli gələn məsələlər və nəticələr barədə danışmışdır. Sonda təlim iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.













