Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələ Olimpiya idman Kompleksində “Heydər Əliyev İli” çərçivəsində futzal üzrə xatirə turnirin açılış mərasimi keçirilmişdir

20 noyabr 2023 | 18:30

20 noyabr 2023-cü il tarixdə Qəbələ Olimpiya idman Kompleksində Qəbələ Rayon İcra Hakimiyyətinin təşkilatçılığı və Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin dəstəyi ilə “Heydər Əliyev İli” çərçivəsində futzal üzrə xatirə turnirin açılış mərasimi keçirilmişdir. Qəbələ RİH, idarə, müəssisə və təşkilatların əməkdaşlarından ibarət 16 komandanın iştirak etdiyi tədbirdə öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmiş və Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhadətə yüksəlmiş şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir. Çıxış edən Qəbələ Rayon İcra Hakimiyyəti başçısının müavini Arif Allahverdiyev Ümummilli Lider Heydər Əliyevin müasir Azərbaycanımızın inkişafı yolunda gördüyü işləri, hər bir sahədə olduğu kimi idman sahəsində apardığı islahatları və bu ənənənin bu gün ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulamış, turnirin keçirilməsində məqsədin rayonda idmanın kütləviliyinə nail olmaq, yarış təcrübəsini və ustalığı inkişaf etdirmək, futzal idman növünü gənclər arasında təbliğ etməkdən ibarət olduğunu qeyd etmişdir. Daha sonra turnirin vəzifələri barədə danışılmış və ilk oyuna start verilmişdir. İlk oyun 10 Saylı Vergilər İdarəsi ilə Qəbələ Beynəlxalq Hava Limanı komandaları arasında keçirilmişdir.  

Keçidlər