Qəbələ Olimpiya İdman Kompleksində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində futzal üzrə turnirin açılış mərasimi keçirilmişdir
25 noyabr 2026-cı il tarixdə Qəbələ Olimpiya İdman Kompleksində Qəbələ Rayon İcra Hakimiyyətinin, Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin və Qəbələ Olimpiya İdman Kompleksinin birgə təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində futzal üzrə turnirin açılış mərasimi keçirilmişdir. İdarə, müəssisə və təşkilatların əməkdaşlarından ibarət 16 komandanın yarışacağı turnirin açılış mərasimində öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmiş və Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhadətə yüksəlmiş şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir. Çıxış edən Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev Ümummilli Lider Heydər Əliyevin müasir Azərbaycanımızın inkişafı yolunda digər sahələrdə olduğu kimi idman sahəsində də apardığı islahatları və bu ənənənin bu gün ölkə Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulamış, turnirin keçirilməsində məqsədin rayonda idmanın kütləviliyinə nail olmaq, yarış təcrübəsini və ustalığı inkişaf etdirmək, futzal idman növünü gənclər arasında təbliğ etməkdən ibarət olduğunu qeyd etmiş və idmansevərləri təbrik edərək, onlara uğurlar arzulamışdır. Daha sonra turnirdə iştirak edəcək komandalar təqdim edilmiş və ilk oyuna start verilmişdir. İlk gün oyun Qəbələ Rayon Mərkəzi Xəstəxanası ilə “Qəbələ Hospitality Qroup”un və Qəbələ Rayon Polis Şöbəsi ilə Qəbələ Konserv Zavodun komandaları arasında keçirilmişdir.













