Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələ Rafting Mərkəzinin açılışı olmuşdur

21 iyun 2023 | 12:36

20 iyun 2023-cü il tarixdə Gabala Hospitality Groupun nəzdində fəaliyyət göstərəcək Qəbələ Rafting Mərkəzinin açılışında rayon icra hakimiyyətinin, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının, Gabala Hospitality Groupun, o cümlədən rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri və KİV nümayəndələri iştirak etmişdir. Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Səbuhi Abdullayev son illər “Regionların Sosial İqtisadi İnkişafı” Dövlət Proqramına uyğun olaraq respublikanın digər bölgələrində olduğu kimi Qəbələ rayonunun da iqtisadi, sosial-mədəni və turizm sahəsində sürətlə inkişaf etdiyini qeyd edərək, bu gün istifadəyə verilən ölkəmizdə ilk və yeganə olan “Rafting” Mərkəzinin rayonumuzda turizmin inkişafına böyük təkan verəcəyini bildirmiş və belə bir möhtəşəm mərkəzin yaradılmasında əməyi olan hər kəsə rayon ictimaiyyəti adından təşəkkür etmişdir. Digər çıxış edənlər ölkə ərazisində turizmin gündən-günə inkişaf etdiyini vurğuluyaraq, turizmin inkişafında qarşıya qoyulan məqsəd və hədəflərə çatmaq üçün həyata keçirilən uğurlu layihələrin təcrübəsindən bəhs etmiş, turizmə olunan diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirmişlər. Sonra tədbir iştirakçıları Qəbələ Rafting Mərkəzi ilə tanış olmuşlar.

Keçidlər