Qəbələ rayon Bum qəsəbəsində Aprel döyüşləri zamanı şəhidlik zirvəsinə yüksəlmiş leytenant Şirinov Sahil Həsrət oğlunun xatirəsi anılıb.
06 aprel 2026 | 17:15
Qəbələ rayon Bum qəsəbəsində Qəbələ Rayon İcra Hakimiyyətinin, idarə, müəssisə və təşkilatların nümayəndələrinin və kənd ictimaiyyətinin iştirakı ilə Aprel döyüşlərinin 10-cu ildönümü ilə əlaqədar tədbir keçirilib. Tədbirdə şəhidin xatirəsi ehtiramla yad edilmiş, ruhuna dualar oxunmuşdur. Şəhidin ailə üzvləri şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər.













