Qəbələ rayon Heydər Əliyev Mərkəziində "Balaca qəlblər, böyük arzular" adlı tədbir keçirilib
Qəbələ rayon Heydər Əliyev Mərkəzində 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş "Balaca qəlblər, böyük arzular" adlı tədbir keçirilib. Tədbirdə məktəbəqədər təhsil müəəssisələrinin müəllim və körpə fidanları, Daşca kənd tam orta məktəbin müəllim və şagirdləri, Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin tələbələri iştirak etmişlər. Tədbirin məqsədi uşaqların hüquqlarının müdafiəsinə diqqətin artırılması olmuşdur. Çıxış edənlər Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan Dövlət uşaq siyasətinin bu gün ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayaraq, ölkəmizdə uşaqların hərtərəfli və ahəngdar inkişafının təmin olunmasından, onlara göstərilən dövlət qayğısından, həyata keçirilən uğurlu siyasətdən söz açmışlar. Tədbirdə körpə fidanların ifasında şeirlər səsləndirilib, rəqs və musiqi nömrələri ifa olunub, maraqlı səhnəciklər təqdim olunub.