Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələ rayon Heydər Əliyev Mərkəzində “1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü”  münasibəti ilə tədbir  keçirilib

02 iyun 2022 | 17:27

Qəbələ RİH yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində “1 iyun Uşaqların Beynəlxaq Müdafiəsi Günü” münasibəti ilə tədbir keçirilib. Tədbirdə komissiya üzvləri ilə yanaşı, uşaq və ailələrə dəstək mərkəzinin, Heydər Əliyev Mərkəzinin nümayəndələri, məktəbəqədər təhsil müəssisələrinin müəllim və uşaq kollektivləri, şəhid və qazilərin uşaqları iştirak edib. Çıxış edənlər Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan və bu gün ölkə prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident tərəfindən uşaqların sağlam və firavan böyüməsi, onların rifahının yüksəldilməsi üçün aparılan uğurlu siyasətdən danışmış, uşaqları bayram münasibəti ilə təbrik etmişlər. Sonda uşaqlar rəqslər ifa etmiş, şeirlər söyləmişlər. Təşkilatçılar tərəfindən şəhid və qazi övladlarına hədiyyələr təqdim olunmuşdur.

Keçidlər