Qəbələ rayon Heydər Əliyev Mərkəzində 12 avqust – Beynəlxalq Gənclər Günü münasibətilə tədbir keçirilib
Qəbələ rayon Heydər Əliyev Mərkəzi və Qəbələ Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə 12 avqust – Beynəlxalq Gənclər Günü münasibətilə tədbir keçirilib. Tədbirdə öncə Ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Çıxış edənlər əsasını ümummilli lider Heydər Əliyevin qoyduğu dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd etmiş, Azərbaycan gənclərinin yüksək vətənpərvərliyi, Vətən müharibəsində qazandığımız parlaq qələbədə, eləcə də ölkəmizin bu günkü inkişafında gənclərin rolunun danılmaz olduğunu vurğulayaraq, onların cəmiyyətimizin fəal qurucularına çevrildiyi diqqətə çatdırmışlar. Sonda gənclərin əl işlərindən və rəsm əsərlərindən ibarət sərgiyə baxış keçirilmiş, məktəblilərin ifasında musiqilər, rəqslər nümayiş etdirilmişdir.