Qəbələ rayon Heydər Əliyev Mərkəzində "31 mart - Azərbaycanlıların Soyqırımı Günü" adlı dəyirmi masa keçirilib
29 mart 2024 | 18:04
29 mart 2024 cü il tarixdə Qəbələ rayon Heydər Əliyev Mərkəzi və Gənclərin İnkişaf və Karyera Mərkəzi Dağlıq Şirvan regional nümayəndəliyinin Qəbələ bölməsinin birgə təşkilatçılığı ilə "31 mart - Azərbaycanlıların Soyqırımı Günü” ilə əlaqədar tədbir keçirilib. Məktəblilərin də iştirak etdiyi tədbirdə mövzu ilə bağlı çıxışlar edilib və sənədli film izlənilib.