Qəbələ rayon Heydər Əliyev Mərkəzində "Güclü Lider ənənəsinə sadiq partiya-YAP" adlı tədbir keçirilib
19 noyabr 2025-ci il tarixdə Qəbələ rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 33 illiyi ilə əlaqədar "Güclü Lider ənənəsinə sadiq partiya-YAP" adlı tədbir keçirilib. Tədbirin keçirilməsində məqsəd YAP-ın yaranma tarixi, milli dövlətçilik ənənələrinin qorunması və Azərbaycan Respublikasının inkişafında oynadığı mühüm rolun geniş ictimaiyyətə çatdırılmasıdır. Vəndam qəsəbə E. Mehdiyev adına 1 saylı tam orta məktəbin Peşə Təmayüllü sinifinin müəllim və şagirdlərinin iştirakı ilə keçirilən tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edilib, çıxışlarda Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə yaradılan Yeni Azərbaycan Partiyasının 33 illik şərəfli yol keçərək ölkənin aparıcı siyasi qüvvəsinə çevrildiyi vurğulanıb. Bildirilib ki, Ulu Öndərin siyasi xətti bu gün Azərbaycan Respublikasının Prezidenti, YAP-ın sədri İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Partiya dövlətimizin inkişaf strategiyasına mühüm töhfələr verməkdədir.













