Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələ Rayon Heydər Əliyev Mərkəzində “Zəfər Günü” ilə bağlı tədbir keçirilib

01 noyabr 2023 | 15:47

1 noyabr 2023-cü il tarixdə Qəbələ Rayon Heydər Əliyev Mərkəzində rayon icra hakimiyyətinin və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “Zəfər Günü” ilə bağlı tədbir keçirilib. İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmiş, ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçərək şəhadətə ucalmış şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir. Tədbiri giriş sözü ilə açan mərkəzin direktor əvəzi Kəmalə Qasımova 30 ildən artıq işğal altında olan torpaqlarımızın Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında müzəffər ordumuzun şanlı qələbəsi ilə öz əbədi azadlığına qovuşduğunu qeyd edərək, qazanılmış Qələbənin nəinki Azərbaycan tarixində, eləcə də bütün dünyada görünməmiş hadisə olduğunu diqqətə çatdırmışdır. Sonda “Zəfər Günü” adlı sənədli film nümayiş olunmuşdur.

 

Keçidlər