Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələ rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə "2 fevral - Azərbaycan Gəncləri Günü" münasibətilə tədbir keçirilib

01 fevral 2024 | 17:49

1 fevral 2024-cü il tarixində Qəbələ rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə "2 fevral - Azərbaycan Gəncləri Günü" münasibətilə tədbir keçirilib. Tədbirdə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin tələbələri, GİKM-in Dağlıq-Şirvan regional nümayəndəliyinin Qəbələ bölməsinin və rayon tarix-diyarşünaslıq muzeyinin əməkdaşları iştirak edib. İştirakçılar öncə Ümummilli Lider Heydər Əliyevin abidəsini və Şəhidlər Xiyabanını ziyarət edərək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin məzarları üzərinə və xatirə lövhələrinin qarşısına gül dəstələri düzmüş,  xatirələrini ehtiramla yad etmişlər. Tədbiri giriş sözü ilə açan mərkəzdə direktor vəzifəsini icra edən Kəmalə Qasımova 2 fevral - Gənclər Günü münasibətilə gəncləri təbrik etmiş, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasətinin həyata keçirilməsi nəticəsində bu gün ölkəmizdə idarəetmə bacarığı ilə seçilən intellektual, müasir dünyagörüşlü yeni nəslin yetişdiyini qeyd etmişdir. Tədbirdə çıxış edənlər Ulu Öndər Heydər Əliyevin respublikamızda gənclər siyasətinin formalaşmasında, Azərbaycan gəncliyinin vətənpərvər ruhda tərbiyəsində tarixi rolundan,  bu ənənənin bu gün ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə  Azərbaycan gəncliyinin qəhrəmanlıq yolundan ətraflı bəhs etmişlər.

Keçidlər