Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələ Rayon İcra Hakimiyyəti Başçısının növbəti səyyar qəbulu Həmzəli kəndində keçirilmişdir

02 fevral 2023 | 17:24

02 fevral 2023-cü il tarixində Qəbələ Rayon İcra Hakimiyyətinin Başçısı Səbuhi Abdullayev Həmzəli kəndində səyyar qəbul keçirmiş, kənd sakinlərinin müraciətlərini dinləmişdir. Hüquq-mühafizə orqanlarının, xidmət sahələrinin rəhbərləri və kənd ictimaiyyətinin nümayəndələrinin iştirak etdiyi tədbirdə rayon icra hakimiyyətinin başçısı Səbuhi Abdullayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə sosial-iqtisadi sahədə qazanılan uğurlardan, həmin işlərin fonunda bölgəyə göstərilən xüsusi diqqət və qayğıdan, eləcə də Qəbələ rayonunda aparılan tikinti-quruculuq işlərindən, əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən ətraflı danışmışdır. Qəbul zamanı kənd sakinləri tərəfindən qaldırılan məsələlərin bir qismi yerində öz həllini tapmış, bəzi məsələlər isə hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun həll edilməsi üçün nəzarətə götürülmüşdür. Kənd sakinləri əhalinin rifahının yaxşılaşdırılması məqsədilə verilmiş son sərəncamlara, ölkəmizdə eləcədə rayonumuzda aparılan abadlıq işlərinə görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildirmişlər.

Keçidlər