Qəbələ Rayon İcra Hakimiyyəti və Azərbaycan Texniki Universiteti arasında müqavilə imzalanmışdır
Qəbələ Rayon İcra Hakimiyyətində Azərbaycan Texniki Universitetinin nümayəndələri ilə keçirilən görüşdə Qəbələ şəhərində “Şəhərdaxili hərəkət (mobillik) planının hazırlanması” müqaviləsi ilə bağlı müzakirələr aparılıb. Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev, Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev, Ömürboyu Öyrənmə Məktəbinin direktoru Aynurə İsmayılova, Logistika və Nəqliyyat İnstitutunun direktoru Fuad Daşdəmirov və Universitetin digər əməkdaşlarının iştirak etdiyi görüşdə mobillik planının əhəmiyyətindən danışılaraq, həyata keçiriləcək layihənin hamı üçün əlverişli, əlçatan və dayanıqlı nəqliyyat sistemləri, o cümlədən həssas əhali qrupundan olanların, qadınların, uşaqların, fiziki qüsurlu və yaşlı insanların ehtiyaclarına xüsusi diqqət yetirməklə, ictimai nəqliyyatın genişləndirilməsi yolu ilə yol təhlükəsizliyinin yaxşılaşdırılmasını böyük tövhə veriləcəyi diqqətə çatdırılmış və layihənin gedişatına dair fikir mübadiləsi aparılmışdır. Sonda Qəbələ Rayon İcra Hakimiyyəti və Azərbaycan Texniki Universiteti arasında “Şəhərdaxili hərəkət (mobillik) planının hazırlanması” məqsədilə müqavilə imzalanmışdır.