Qəbələ Rayon İcra Hakimiyyətində cari ildə müəyyən edilən tədbirlərin icra vəziyyəti və 2025-ci ildə qarşıda duran vəzifələrə dair geniş şura iclası keçirilmişdir
29 dekabr 2024-cü il tarixdə Qəbələ Rayon İcra Hakimiyyətində cari ildə müəyyən edilən tədbirlərin icra vəziyyəti və 2025-ci ildə qarşıda duran vəzifələrə dair növbəti şura iclası keçirilib. İclasda RİH başçısı yanında Şuranın üzvləri, İnzibati ərazi dairəsi üzrə nümayəndələr, hüquq-mühafızə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri iştirak ediblər. Şura iclasını açan rayon icra hakimiyyətinin başçısı Səbuhi Abdullayev 2024-cü ilin yekunu və 2025-ci ildə qarşıda duran vəzifələr barədə məlumat verib. Qeyd olunub ki, ötən dövr ərzində nəzərdə tutulmuş bütün məsələlər icra olunmuş, qış mövsümünə hazırlıq işləri başa çatdırılmışdır. Sonda Dövlət qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 24 iyun 2024-cü il tarixli sərəncamı ilə təltif edilmiş Qəbələ Rayon İcra Hakimiyyəti başçısının müavini Ətayə Osmanovaya “Tərəqqi” medalı, bir qrup dövlət qulluqçusuna isə dövlət qulluğunda səmərəli fəaliyyətinə və rayonun ictimai həyatında fəal iştirakına görə rayon icra hakimiyyətinin Fəxri Fərmanları təqdim edilmiş və bütün tədbir iştirakçıları “31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü” və Yeni il bayramı münasibəti ilə təbrik edilmişdir.