Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələ Rayon İcra Hakimiyyətində Fövqəladə Hallar Nazirliyinin dəvəti ilə  gəlmiş peşəkar klinik-psixoloq, psixoterapevtlərlə görüş keçirilmişdir.

12 noyabr 2022 | 12:32

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin dəvəti ilə Türkiyə Respublikasından ölkəmizə gəlmiş peşəkar klinik-psixoloq, psixoterapevtlər tərəfindən nazirliyin psixoloqları ilə birgə Qəbələ rayonu Modul Tipli Xəstəxanada 05 sentyabr- 10 noyabr  2022-ci il tarixlərdə Vətən müharibəsi ilə bağlı psixoloji problemlər yaşayan şəhid ailələrinin üzvləri, qazilər və müharibə iştirakçılarının reabilitasiyası həyata keçirilmişdir. 12 noyabr 2022-ci il tarixində Qəbələ rayonunda fəaliyyət göstərən klinik-psixoloq və  psixoterapevtlərlə Qəbələ Rayon İcra Hakimiyyətinin rəhbərliyinin görüşü keçirilmişdir. Görüş zamanı rayon icra hakimiyyətinin başçısı Səbuhi Abdullayev onlarla səmərəli fəaliyyətlərinə görə təşəkkürünü bildirmiş, eyni zamanda şəhid ailələri, qazilər və müharibə veteranlarına göstərilən diqqət və qayğıya görə  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya  minnətdarlığını bildirmişdir. Sonda klinik-psixoloq və  psixoterapevtlərə rayon icra hakimiyyətinin Fəxri Fərmanları təqdim edilmişdir.

Keçidlər