Qəbələ Rayon İcra Hakimiyyətində geniş şura iclası keçirilmişdir
28 dekabr 2023-cü il tarixdə Qəbələ Rayon İcra Hakimiyyətində cari ildə müəyyən edilən tədbirlərin icra vəziyyəti və 2024-cü ildə qarşıda duran vəzifələrə dair növbəti şura iclası keçirilib. İclasda RİH başçısı yanında Şuranın üzvləri, İnzibati ərazi dairəsi üzrə nümayəndələri, bələdiyyə sədrləri, hüquq-mühafızə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri iştirak ediblər. Şura iclasını açan rayon icra hakimiyyətinin başçısı Səbuhi Abdullayev 2023-cü ilin yekunu və 2024-cü ildə qarşıda duran vəzifələr barədə məlumat verib. Qeyd olunub ki, ötən dövr ərzində nəzərdə tutulmuş bütün məsələlər icra olunmuş, qış mövsümünə hazırlıq işləri başa çatdırılmışdır. Sonda bütün tədbir iştirakçıları “31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü” və Yeni il bayramı münasibəti ilə təbrik edilmişdir.