Qəbələ Rayon İcra Hakimiyyətində növbəti dəfə vətəndaş qəbulu keçirilib
11 avqust 2023 | 14:28
11 avqust 2023-cü il tarixdə Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev tərəfindən növbəti dəfə vətəndaşların qəbulu keçirilib. Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinin, qazilərin də iştirak etdiyi qəbulda vətəndaşların müraciətləri və irəli sürdükləri təkliflər RİH başçısı tərəfindən dinlənilmiş, bir qismi yerindəcə həll olunmuş, digərlərinin həlli nəzarətə götürülmüşdür. Şəhid valideyinləri və qazilər onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər.